Türkiyədə 380 biznesmenin həbsinə order verildi – FETÖ ittihamı

feto isid pkk

Onlar 2016-cı il 15 iyul qiyamının təşkilində ittiham olunan ilahiyatçı Fətullah Gülən hərəkatını maliyyələşdirməkdə ittiham olunurlar. Anadolu agentliyinin məlumatına görə, prokurorluq həmçinin şübhəlilərin ofis və evlərində axtarış aparılmasını göstəriş verib. Türkiyənin Ərzurum şəhər məhkəməsi isə bu arada 15 iyul qiyam cəhdində ittiham olunan 2 hərbçini ömürlük həbsə məhkum edib.

Keçmiş polkovnik Murat Koçak və keçmiş mayor Murat Yılmaz ölkədəki konstitusiya quruluşunu zorakılıqla dəyişməyə cəhd etməkdə təqsirli biliniblər. Onların ikisi də ittihamı rədd edirlər. Hər iki hərbçi qiyam vaxtı şəhər jandarmiyası komandanlığının binasında növbə çəkirmişlər.

Türkiyə hakimiyyəti deyir ki, bu qiyamın arxasında, hazırda ABŞ-da yaşayan ilahiyatçı Fətullah Gülən durur.

Ankara Vaşinqtondan onun verilməsini istəyir.

 






Fikirlər