Türkiyə kəşfiyyatından Litvada şok əməliyyat – “ByLock”un serveri Vilnüsdə bir binada TAPILDI

Türkiyəli  jurnalist Bülent Orakoğlu sensasion bir iddia ilə çıxış edib.

Avropa.info xəbər verir ki, jurnalist qələmə aldığı yazıda, FETÖ-nün gizli  xəbərləşmə proqramı ByLock serverinin olduğu Litvada bir binada Milli İstiqbarat Təşkilatı (MİT) tərəfindən əməliyyat həyata keçrildiyini bildirib.
"FETÖ-nün  illərdir gizli ünsiyyət üçün istifadə etdiyi gizli şifrəli cib telefonu proqramı olan ByLockun, Litvanın paytaxtı Vilnusda olduğu aylar əvvəl ortaya çıxmışdı.
Daha əvvəl bir siber əməliyyatla gizli proqramı aşkarlayan MİT, şifrəni qıraraq  təxminən 215 min 92 ByLock istifadəçisindən  53 minini deşifrə edərək, qeydlərin hamısını öyrənmək üçün Litva ilə təmasa keçmişdi. Litvanın rədd cavabı üzərinə MİT-də xüsusi olaraq yaradılan kiber əməliyyat qrupu dövrəyə girdi.
Vilnusda server olduğu binaya girən qrup yanlarındakı son texnologiya avadanlıqları sayəsində səkkiz pilləli şifrəni qırdı. Server içindəki ByLock qeydlərinə aid bütün məlumatların qısa müddətdə üzü çıxarılaraq hadisə yerindən uzaqlaşıldı.
Əməliyyat gecəsi təyyarə ilə Türkiyəyə dönən qrup 215 min 92 istifadəçisi olan ByLockdakı bütün qeydləri ölkəyə gətirib.
Bu əməliyyatdan sonra, Türkiyədə aparılan araşdırmalar nəticəsində ByLock istifadəçilərinin 90 faizinin şifrələri tam halda üzə çıxıb” - deyə, yazar qeyd edib.






Fikirlər