“Le Penin seçilməsi Avropa Birliyinin sonu olardı” – AVROKOMİSSAR

avrokomissar

 “Marine Le Pen növbəti Fransa prezidenti ola bilməz”.

Bunu Avropa Birliyinin iqtisadi və maliyyə məsələləri üzrə komissarı Per Moskovici ( Pierre Moscovici) ötən bazar ertəsi CNBC-ə müsahibəsində deyib.

O, bildirib ki, Marine Le Penin qələbəsi Avropa Birliyinin sonu olardı, amma fransızlar o dərəcədə ağılsız deyillər ki, buna imkan versinlər.

“Əminəm.Öz vətəndaşlarımız və soydaşlarımızı yaxşı tanıyıram və bilirəm ki, onlar Fransanın Avropa Birliyindən çıxmasını təklif edən namizədi seçməyə hazırlaşmırlar.Bu sonda Avropa layihəsinin sonu olardı” Moskovici deyib.

Təsəvvür edə bilmərəm ki, fransalıların 50 faizi o dərəcədə ağılsızdır ki, ona səs versin. Tam əminəm ki,o qalib gələ bilməyəcək,o hətta nə vaxtsa Fransada keçirilən regional seçkilərdə də qalib gələ bilməz”.

Moskovici həmçinin prezidentliyə digər müstəqil namizəd Emmanuel Macronla respublikaçı Francois Fillen-i seçicilərin etimadını doğrultmaq və Avropa Birliyində qalmaq üçün güclü əhval yaratmağa çağırıb.

“Digər namizədlər güclü kampaniya apararaq göstərməlidirlər ki, fransalılar üçün yaxşı gələcək təklif etməyə qadirdilər”.

Moskovici hesab edir ki, Marine Le Penin nüfuzunun qalxması digər namizədlərin ümidsizliyindən irəli gəlib. O,namizədləri Fransa və Avropa,həmçinin Avropada Fransa üçün güclü təkliflə çıxış etməyə çağırıb.

Aprelin 23-də Fransada prezident seçkisinin birinci, mayda isə ikinci mərhələsi keçiriləcək.

 






Fikirlər