20.08.2014- “Öz xalqıma görə xəcalət çəkirəm”

20.08.2014- “Öz xalqıma görə xəcalət çəkirəm”Rusiyada indi də yazıçı Lyudmila Ulitskaya hədəfdədir.

Bu yaxınlarda “Avropa mədəniyyətinə verdiyi töhvələrə görə” Avstriyanın dövlət mükafatına layiq görülmüş yazıçı Almaniyanın “Der Spiegel” jurnalına müsahibəsində “xalqıma görə xəcalət çəkirəm” deyib.

“Mən öz mədəniyyətsiz və aqressiv parlamentimə görə, cahil hökumətimə görə, rəhbərlikdəki zorakılıq tərəfdarı olan, supermenlik eşqinə düşmüş siyasətçilərə görə xəcalət çəkirəm. Mən hamımıza görə, mənəvi dəyərlər yolundan sapmış xalqımıza görə xəcalət çəkirəm”.

Ulitskaya Kremlin Ukrayna siyasətini sərt tənqid edən azsaylı rus ziyalılarındandır.

Der Spiegel” jurnalındakı məqaləsində o, Rusiyanın “xəstə olduğunu”, millətçilik və imperializm bəlasına düçar olduğunu yazır.


20.08.2014- “Öz xalqıma görə xəcalət çəkirəm”
20.08.2014- “Öz xalqıma görə xəcalət çəkirəm”






Fikirlər