21.08.2014- Xanımı C.Buşun başına buzlu su tökdü- Video

21.08.2014- Xanımı C.Buşun başına buzlu su tökdü- VideoAmerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Corc Buş məlum kampaniya çərçivəsində başına buzlu su tökdürüb.

“Qafqazinfo” bu barədə The İndependent-ə istinadən xəbər verir.

Keçmiş prezidentin başına suyu həyat yoldaşı Laura Buş tökür. Bundan sonra isə eks dövlət başçısı estafeti digər eks prezident Bill Klintona ötürüb və ona bu işdə motivasiya da verib.

Aksiyada artıq məşhur futbolçular Neymar və Kristian Ronaldo, aktyorlar Cim Parsons və Robert dauni, Facebook-un yaradıcısı Mark Zukerberq və hətta Microsoft-un qurucusu Bill Qeyyts də var.

Avqust ayından start götürən “viruslu” xeyriyyə flaşmobu artıq bütün dünyada populyarlıq qazanıb. Kampaniya bir vedrə buzlu suyu başından aşağı tökməklə və digər şəxsləri buna çağırmaqla keçirilir.







Fikirlər