«Rusiya elə ölkələrdən deyil ki, nədənsə qorxsun» – PUTİN

vladimir-putin

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Prezident Vladimir Putin bəyan edib ki, Rusiya elə ölkələrdən deyil ki, nədənsə qorxsun. Jurnalistin «Belə bir qorxu yoxdur ki, birdən Çin bizim ölkəmizi iqtisadi baxımdan «udar»» sualına ölkə Prezidenti bu cavabı verib.

«Çinin davranışı kimləri isə udmağa yönəlməyib. Axı biz, qərarları birgə qəbul edirik və bizə ziyan vura biləcək qərarlar qəbul etmirik» - deyə, Rusiya Prezidenti bildirib.

Putin əlavə edib ki, yalnız bizim ölkəmizə fayda verəcək təklifləri qəbul edirik.

 

 






Fikirlər