25.09.2014 - Putin NATO-nu məhv edə bilər

25.09.2014 - Putin NATO-nu məhv edə bilər Forbes” Rusiyanın yeni işğal planından yazdı “Forbes” jurnalı yazır ki, Ukraynanın şərqində Rusiyanın yaratdığı separatçı rejimlərin oxşarı Latviyada da yaradıla bilər.

Və belə bir ssenarinin həyata keçməsi 1949-cu ildə 12 dövlətin iştirakı ilə yaradılmış Şimali Atlantika Müqaviləsi Təşkilatının məhvi deməkdir. Ona görə də əminliklə demək olar ki, Qərb üçün Ukrayna böhranı İŞİD-dən daha dəhşətli nəticələr ortaya qoya bilər.
“Doğrudanmı ABŞ və Avropa elə zənn edir ki, zəifləyib əldən düşmüş Ukrayna Rusiya ilə ona sərf etməyən sülh müqaviləsi imzalasa, bununla da Putinin iştahası küsəcək və o, imperiyanı bərpa etmək fikrindən daşınacaq. Nə qədər məyus edici də olsa demək lazımdır ki, xanım Merkel və prezident Obama Ukraynanı Rusiya ilə sülh müqaviləsi bağlamağa təhrik edirlər. Halbuki həmin sülh müqaviləsi Ukraynanı əsrlər boyu təhdid edə bilər. Bu müqavilə Rusiyaya Ukraynanı həmişə müvazinətdən çıxarmaq imkanı verəcək. Nəticədə Ukrayna Avropa Birliyindən və NATO-dan kənarda qalacaq”, jurnal yazır.
Jurnal qeyd edir ki, artıq belə bir versiya haqqında Rusiyalı politoloqlar da müəyyən mülahizələr irəli sürüblər. Baltik ölkəsinə müdaxilənin arxasında isə Rusiyanın NATO-nu məhv etmək planı dayana bilər. NATO bir vaxtlar SSRİ-ni dağıtdı, hazırda isə Rusiyanı öz əhatəsində saxlayır. Əlbəttə, bu planda risk elementləri həddən ziyadə çoxdur, amma mükafat da çox böyük ola bilər.
Bəziləri hadisələrin belə bir ssenari əsasında inkişafına şübhə ilə yanaşır. Onların düşüncəsinə görə Putun buna cəzarət etməz. Belələri 2008-ci ildə olmuş Gürcüstan hadisələrini xatırlasın, son olaylara nəzər salsın, ortada Krım məsələsi də var: “Artıq Rusiya altı ildir ki, belə işlərlə məşğuldur. Ən önəmlisi isə odur ki, Rusiya başladığı bu kimi əməliyyatların heç birində məğlub olmayıb”.
“Biz istəsək elə indidən baş verə biləcək hadisələrin gedişini planlaşdıra bilərik. Bu plana əsasən NATO sıradan çıxmalıdır. Bunun üçünsə tutaq ki, Latviya hədəfə alınır. Orada əhalinin dörddə biri etnik rusdur. Əslində bu müharibəni başlanmış da hesab etmək olar. Rusiya artıq xeyli müddətdir ki, Latviyada rusların hüquqlarının pozulması ilə bağlı təbliğat aparır. Rusiya prezidentinin təbliğat ruporu olan RT kanalı Latviyanı ruslara qarşı diskriminasiyada ittiham edir”. Jurnalın şərhində deyilir ki, bu kimi təbliğat getdikcə daha da genişlənəcək. Sonra isə Rusiya Kəşfiyyatına bağlı birliklərin agentləri Latviyanın ruslar çoxluqda olan əyalətlərində üsyanlar təşkil edib yerli idarəçliyin binalarını zəbt edirlər. Eyni vaxta Rusiya ilə Latviyanın sərhəddində “çoxdan planlaşdırılmış hərbi təlimlər”ə start verilir. Ukraynada olduğu kimi bu dəfə də Litvaya könüllülər göndərilir. Litva polisi və əsgərləri ilə atışmalar başlayır.
Getdikcə ölüb-itənlərin sayı artır. Təbii ki, Latviya NATO-nün üzvü olduğundan təşkilatın nizamnaməsində olan 5-cü maddənin tətbiqini tələb edir. Belə olduqda NATO və ABŞ nə edəcək? Bu sualın cavabı bəlli deyil. Böyük ehtimalla NATO həmən hərəkətə keçməyəcək. Düşünəcəklər ki, bəlkə də ötüşdü”. Jurnal qeyd edir ki, belə bir məqamda prezident Putin yenidən “sülh təşəbbüsü” ilə çıxış edəcək. Latviyada aranı qarışdırmaq təxminən Şotlandiyada referendum keçirmək kimi bir şeydir. Ancaq burada nəticələr tam əksinə hesablanıb. Bir də ki, balaca bir ölkədə baş verən xaotik vətəndaş müharibəsinə görə dünyanı ayağa qaldırmağa dəyməz ki. Heç həmin ölkəni xəritədə də tapmaq o qədər də asan deyil.
Nəticə nə ola bilər? Bütün dünya görəcək ki, Putin NATO-nu ələ saldı və bu NATO deyilən təşkilat içi boş nağara kimi bir şeymiş. Putin isə çardır. Kimi cəzalandırmaq lazımdır, kimə isə mükafat verilməlidir, bu kimi işlərə çar Putin baxır.
İŞİD də, Putin də bizə eyni şeyi öyrədir: “Əgər Qərb qalib gəlmək istəyirsə o, dərhal hərəkətə keçməlidir. Düşünün ki, İŞİD-i bir neçə yüz nəfərlik bandit dəstəsi olanda məhv etmək necə də asan olardı. İndi isə İŞİD nəhəg ərazilərə nəzarət edir, on minlərlə döyüşçüsü var. Putini də durdurmaq olardı. Bunun üçün o, Krımı ilhaq edəndə Qərb özünü qabağa verməli idi. Məhz həmin vaxt Polşaya və Kiyevə NATO-nun silahlı qüvvələri yeridilməli idi. Biz təklif etdiyimiz bu ssenarini elə indi götür-qoy etmək lazımdır. Çünki az sonra çox gec ola bilər”






Fikirlər