Görün Ərdoğan Güləni kimə bənzətdi - Foto

Görün Ərdoğan Güləni kimə bənzətdi - FotoTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fətullah Güləni Tomas Eduard Lourensə bənzədib.

Mərmərə Universitetinin yeni tədris ilinin açılış mərasiminə qatılan prezident Gülənin hər addımında ingilis kəşfiyyatçısını təqlid etdiyini deyib: “Xidməti görünüşündə, yazar görünüşündə, terrorist görünüşündə Lourensə bənzəyir. Bu coğrafiya içində yaşanan hər qarşıdurma, hər gərginlik yüz il əvvəl nəzərdə tutulub. Bu sistemi pozmaq bizim vəzifəmizdir. Terror təşkilatının tələsinə düşən “müasir Lourens” onların dediyini edir”.

Xatırladaq ki, Tomas Eduard Lourens adlı ingilis kəşfiyyatçı 20-ci əsrin əvvəllərində ərəbləri türklərə qarşı qaldırmaqda, Osmanlı imperiyasının parçalanmasında və vəhhabiliyin yayılmasında böyük xidmətləri olub.

1916-1918 illərində Osmanlı İmperatorluğuna qarşı həyata keçirilən Ərəb qiyamında müstəsna xidmətləri olan bu şəxs Birləşmiş Krallığın “Cəngavərlik” nişanını rədd edib.

Ərəbistanlı Lourens kimi tanınan bu kəşfiyyatçı "Üstün Xidmət Medalı" və Fransanın “Şərəf Legionu Medalı" ilə təltif olunub.


Görün Ərdoğan Güləni kimə bənzətdi - Foto






Fikirlər