“Bu təsdiqlənərsə, Ukraynanı faciə gözləyir” – ŞOK PROQNOZ

“Bu təsdiqlənərsə, Ukraynanı faciə gözləyir” – ŞOK PROQNOZ

“Əgər Kiyev tərəfindən Şimali Koreyaya silah və hərbi texnologiyaların çatdırması haqqında informasiya təsdiqlənərsə, Ukrayananı sanksiyalar və faciə gözləyir”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Ukraynanın “Batkivşina” müxalifət partiyasının lideri, keçmiş baş nazir Yuliya Timoşenko deyib.

“Əgər bu informasiya təsdiqlənərsə, Ukrayna sanksiyaların altına düşə bilər. Bu, mədəni dünyanın hər hansı köməyindən məhrum olmaqdır. Bu, bizim ölkəmiz üçün faciədir”, - Timoşenko Feysbuk səhifəsində yazıb.

Siyasətçi Ukraynanın indiki hakimiyyətini ölkəni məhv etməkdə ittiham edib.

Xatırladaq ki, Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun eksperti Maykl Yellemanın analizinə istinadən “New York Times” nəşrinin yazdığına görə, Şimali Koreya qitələrarası raketlərin müvəffəqiyyətli sınaqlarını Ukraynada istehsal edilmiş güclü raket mühərriklərinin qara bazar vasitəsilə alınması nəticəsində keçirə bilib.

Nəşr qeyd edir ki, ABŞ prezidenti Donald Tramp Pxenyana lazımı dəstək göstərə biləcək Çinə xüsusi diqqət yetirirdi və heç vaxt Ukrayna ilə Rusiyanı ittiham etmirdi. ABŞ-ın dövlət katibi Reks Tillerson Pxenyana Moskva və Pekinin iqtisadi dəstəyi haqqında danışsa da, Kiyevin adını çəkməmişdi.

Analitiklər Şimali Koreya lideri Kim Çen Inın raket mühərriklərinə baxış keçirdiyini göstərən fotonu analiz ediblər. Onlar belə nəticəyə gəliblər ki, bu mühərriklər nə vaxtsa SSRİ-nin raket donanmasında istifadə olunan raketlərə oxşardır.

Belə mühərriklərin istehsalı keçmiş SSRİ ərazisində yalnız bir neçə zavodda həyata keçirilirdi.

ABŞ ekspertləri və hökumət müstəntiqləri öz diqqətini Ukraynanın “Yujmaş” zavodu üzərinə cəmləyiblər. Dneprdə yerləşən bu zavod “soyuq müharibə” dövründə SSRİ arsenalı üçün ən güclü SS-18 raketləri istehsal edirdi. Zavod hətta Ukrayna müstəqillik əldə etdikdən sonra da Rusiya raketlərinin əsas istehsalçısı olaraq qaldı.Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov informasiyanı təkzib edib. O bildirdi ki, Ukrayna hərbi sənaye kompleksi Şimali Koreyaya hər hansı silah və hərbi texnologiyalar çatdırmayıb.  






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi