“Roşen“ şirkətinin gizli anbarları aşkarlandı - VİDEO

“Roşen“ şirkətinin gizli anbarları aşkarlandı - VİDEOUkrayna prezidenti , məşhur biznesmen Pyotr Poroşenkoya məxsus şirkətin Azərbaycandakı filalı haqqında ilginc məlumat əldə etmişik.

Avropa.info keçmiş SSRİ məkanında məşhur olan "Roşen" Şirkətinin Azərbaycan filalının vətəndaşlara vaxtı keçmiş məhsulları sırımaqla məşğul olduğu haqda məlumat vermişdi. Şirkətin Azərbaycan filialının rəhbəri, Tibbi Unversitetinin müəllimi Akif Hacıyevin tapşırığı ilə 10 ildir ki davam edən prosesə "Roşen"in mərkəzi ofisinin də razılıq verdiyinin üzə çıxdığını da qeyd olunmuşdu.

Əldə etdiyimiz məlumata görə, artıq uzun illərdir ki, vaxtı keçmiş məhsulların yenidən satışa çıxarılması üçün, "Roşen"in mərkəzi ofisindən Azərbaycana üstündə istifadə vaxtı təzə göstərilən boş qutular və etketlər göndərilir.

Vaxtı keçmiş şiriniyat məmulatları "Roşen"in Azərbaycan filialının Sumqayıt şəhəri, Bakının Badamdar və Bakıxanov qəsəbələrində, Bakı Şampan Zavodu ərazisindəki xəlvəti depolarında etketlənərək bazara çıxarılır. Bununla da əhaliyə "Roşen"in vaxtı keçmiş konfet və digər şirniyyat məhsulları yeni məhsul adı ilə sırınır.


Avropa.info-nun əldə etdiyi məlumata görə, bu işləri həyata keçirmək üçün, şirkətin Azərbaycan filialı fəhlələri məcburi şəkildə bu cinayət əməlinə cəlb edir. Belə qara işləri həyata keçirmək istəməyən fəhlələr isə zaman-zaman işdən uzaqlaşdırılıblar.


Təqribən 2 ay öncə isə, metronun "Ulduz" stansiyasının yaxınlığında yerləşən Bakı Şampan Zavodunun təsərüffat sahəsində yerləşən və "Roşen"in xəlvəti saxta etket vurma anbarında fəhlələrlə , şirkətin keçmiş anbardarı Vaqif adlı şəxs , rəhbərliyə öz etirazlarını bildirərək işdən çıxıblar.

Bu gün isə, bu qanunsuzluğa etiraz edən "Roşen"in vaqonboşlatma üzrə ixtisaslaşmış 20 nəfər fəhləsi işdən uzaqlaşdırılıb. Qeyd edək ki, bu fəhlələr uzun illərdir "Roşen"də çalışmalarına baxmayaraq, onlarla qeyri- qanuni olaraq əmək müqaviləsi bağlanmayıbmış.


“Roşen“ şirkətinin gizli anbarları aşkarlandı - VİDEO
Avropa.info məsələylə bağlı "Roşen"in Azərbaycandakı filialının direktor müavini Şahbala İsgəndərovun mövqeyini öyrənmək istəmişdi. Direktor müavini hələ bizim saytla bağlı araşdırma aparacaqlarını və bundan sonra cavab vermək məsələsində məsləhətləşəcəyini deyib.

"Nə bilim bəlkə siz yoldan ötənin birisiniz. Mən elə hər yoldan ötənə cavab verməliyəm?".

Avropa.info "Roşen" Şirkətinin Azərbaycan filialının gizli anbarlarda vaxtı keçmiş məhsullara yeni etiket vurduğunu əks etdirən gizli video görüntülər əldə edib. Qeyd edək ki, video görüntülər "Roşen"in gizli anbarlarından anban çəkilib. Həmin sensasion video görüntüləri təqdim edirik.

Xatırladaq ki, köhnə məhsulların yeni etketlərlə dövrüyəyə buraxmaq fəaliyyətinə məhz bu gün Avropa.info adlı saytı tanımaq istəməyən və bizim saytı araşdıracağını bildirən Şahbala İsgəndərov və Sabirabadlı Sarvan kimi tanınan şəxs durur.






Fikirlər