Çinlə ABŞ yeni hədəflərini açıqlayır

Çinlə ABŞ yeni hədəflərini açıqlayırNoyabrın 12-də Pekində keçirilən danışıqlarda ABŞ prezidenti Barack ObamaÇin prezidenti Xi Jinping iqlim dəyişikliyi üzrə yeni hədəflərini açıqlayıb.

Obama 2025-ci ilədək atmosferə buraxılan istixana qazının həcminin azaldılmasını hədəf qoyub.

Xi Jinping isə vəd edib ki, Çin alternativ mənbələrdən alınan enerjinin həcmini artıracaq.

Obama Xi-yə Çinin sülhpərvər, firavan və sabit olmasını istəyidiyini bildirib. O, Çinlə ABŞ-ın mühüm fikir ayrılıqları olduğunu söyləyib. Ancaq onu da əlavə edib ki, Xi-nin konstruktivliyi onu həvəsləndirir.

Xi Obama ilə “konstruktiv danışıqlar” apardığını bildirib. /AzadlıqRadiosu






Fikirlər