Dərbənddə böyük rəzalət

Dərbənddə böyük rəzalət Bələdiyyə başçısı İmam Yarəliyev qədim Türk abidələrini satışa çıxarıb.

Ramazan Abdulatipov Dağıstanda prezident kürsüsünə oturzdurulan kimi Noqay, Kumuk və Azərbaycan Türklərinə məxsus torpaqları, tarixi memarlıq abidələrini, hətta məzarlıqları belə dolayı yolla özəlləşdirmək üçün satışa çıxarmağa başlamışdır.
Bunun üçün Noqay rayonundakı ərazilərin şəkər çuğunduru tarlalarının yaradılması və onun emalı zavodunun inşası, Kumuk Türklərinə məxsus Qaraman rayonunun ərazilərinin lak və avarların əli ilə özəlləşdirilməsi, Dərbəndin rayon icra hakimiyyətinin başçısı Qurban Qurbanova qarşı saxta ittihamlarla cinayət suçlaması iddialarının gündəmə gətirilməsi günün gerçəklərindən biridir. Bu yöndə ifrat “avarizm” və “ləzgidilli xalqlar” proyektinin xəstəliyinə mübtəla olmuş Ramazan Abdulatipov və İmam Yarəliyev hərəkətə keçərək, artıq özlərinin qanunsuz əməllərinə hüquqi don geyindirməyə belə başlamışlar.

Anti-Azərbaycan koalisiyasının cinayətləri

Ramazan Abdulatipov Dərbəndin icra hakimiyyəti başçısı Qurban Qurbanovun 57 hektar torpaq sahəsini əhaliyə satması iddiasını irəli sürdükdən sonra, bu yöndə ciddi faktlar ortaya çıxmışdır. Bəlli olmuşdur ki, həmin ərazilər Qurban Qurbanov 4 yaşında olarkən, yəni 1960-cı illərin başlanğıcında əhaliyə torpaq payı kimi verilib. Bu ciddi fakta məhəl qoymayan Abdulatipov öz qanunsuz əməllərini təkcə Dərbəndə şəhərində deyil, bölgədəki Kizlər, Karaman, İnciqala (Maxçqala), Untsukul, Qayakənd, Tabasaran və digər rayonlarda da həyata keçirməkdədir. Onun qanunsuz əməllərindən daha da cuşa gələn, 1991-ci ildən bu günə kimi Azərbaycan dövlətçiliyi əleyhində fəaliyyət göstərən bölücü “Sadval” və digər təşkilatların gizli lideri, ləzgilər arasında “İmam Dax” (millət atası) kimi təbliğ olunan İmam Yarəliyev də açıq şəkildə hərəkətə keçmişdir. Dərbənd şəhərinin mərkəzindəki Nizami Gəncəvi adına parkın ərazisini mümkün qədər kiçiltmək və ounun ətrafındakı qədim Türk məzarlığını gizli şəkildə “sadvalçı”lar arasında bölməyə başlamışdır. Bu qanunsuz əməlidən ilhamlanaraq, Sovet İttifaqı Qərhrəmanı, milliyyətcə Azərbaycan Türkü olan Şəmsulla Əliyevin xatirəsinə ucaldılmış abidəni uşuraraq, parkın yerində öz həmfikirliləri üçün kafe-bar açmağı planlaşdırmışdır.

Dərbənddə böyük rəzalətBu qanunsuz əməllərə etiraz edən Azərbaycan Türklərinin haqq səsini İnciqalada və nə də Dərbənddəki yerli hakimiyyət dinləmək belə istəmir.

Bütün bunlar azmış kimi, Azərbaycana məxsus “Ata Holding” şirkəti də bu cinayətlərdə yaxından iştirak edir. Rusiya prezidentinin Quzey Qafqaz üzrə xüsusi nümayəndəliyinin başçısı Sergey Məlikovun (milliyyətcə ləzgidir) da Dərbənd ssenarisinin arxa baxçasında durması barəsində bilgilər daxil olmaqdadır. Abdulatipov, Yarəliyev, Məlikov və “Ata Holding” kolasiyası Dərbənddə məscidləri satışa çıxarıblar. İlk addım kimi, “Həmşəri” adlı (indi İmam Hüseyn adını daşıyır) məscidi və onun ətrafındakı ərazini satışa çıxartmışlar. Yerli əhalinin açıqlamasına görə, durumun belə davam edəcəyi təqdirdə, anti-Azərbaycan koalisiyası şəhərin yuxarı məhəllərinə doğru hərəkətə keçməyi planlaşdırıb. Bu siyasətin təməl prinspi isə Dərbənddə yaşayan 150 minlik Azərbaycan Türklərini səssiz şəkildə deportasiya etməkdir. Şəhər əhalisinin 80 faizinin Azərbaycan Türkü olmasına baxmayaraq, idarə və müəssisələrdə çalışan soydaşlarmızın hamısını 2011-cu ildən bu yana vəzifədən çıxarıblar. Son vəzifə başçısı Qurban Qurbanovun da saxta ittihamlarla hakimiyyətdən uzaqlaşdırılması ilə bütün bunlara nöqtə qoyulmuşdur.

Həmşəri Məscidinin yerində sadvalçılar bazar tikəcəklər

Bu gün tarixi adı “Həmşəri”, indi “İmam Hüseyn” məscidi kimi tanınan tarixi memarlıq abidəsinin uçurulması, onun yerində bazar inşa edilməsi üçün Dərbənd şəhərinin meri İmam Yarəliyevin xüsusi qərarı vardır. “Həmşəri” məscidinin ərazisinin yeni sahibi qismində şəhər ictimai iaşə kombinatının keçmiş direktoru Kistaman Ağamirzəyeva adlı birisi də peyda olmuşdur. Bu qadın uzun illər “Sadval” təşkilatının gizli sponsoru kimi də bölgədə məşhurdur. O, şəhər bələdiyyəsinin Memarlıq və Şəhərsalma İdarəsinin baş memarı, milliyyətcə ləzgi və Yarəliyevin sağ əli sayılan Minqajtdin Əlixanovla birlikdə bu siyasəti həm də sənədli şəkildə rəsmiləşdirmişdir. Dərbəndin Lenin küçəsində yerləşən “Həmşəhri” məscidi ilə bağlı sənədləşmələri isə keçmiş Sovetlər Birliyi dönəmindəki arxiv sənədlərinə istinadən “heç bir önəmi olmayan tikili” adı altında özəlləşdirilib. Çünki, həmin dönəmdə dini və tarixi abidələrin mövcud olması yasaqlanmışdı. Ağamirzəyeva məscidin, yəni tarixi mümarlıq abidəsinin yerində bazar inşa etmək üçün hətta yerli əhalini qorxudaraq açıq şəkildə bildirir ki, onun Moskvada yüksək səviyyədə havadarları var. Əhali bu qanunsuzluqlara etiraz olaraq, Ramazan Abdulatipov və İmam Yarəliyevə rəsmi diləkçə ilə çoxsaylı müraciətlər etsələr də, hələ ki, gərəkən cavabı ala bilməmişlər. Əhali məscidin texniki pasportunu, fotosunu, tarixi mənbələrdə qeyd olunan sənədləri belə müvafiq dövlət stukturlarına təqdim etsə də, onları dinləyən yoxdur.

Dərbənddə böyük rəzalətİmam Hüseyn şəhadəti” davam edir

1946-cı ildə Sovetlər Birliyinin qərarı ilə “Həmşəri” məscidinin fəaliyyəti dayandırılmış və onun ərazisində Dərbənd şəhər ictimai iaşə idarəsinin nəzdində olmaqla konditer sexi açılmışdır. Burada gün ərzində 8 adda 1500 ton həcmində şirniyyat məhsulları istehsal olunurdu. Yüz ildən çox yaşı olan bu dini abidə Sovetlər Birliyi dağıldıqdan sonra, yenidən dini məqsədlə istifadəyə verilmişdir. Bu yöndə şəhər hakimiyyətinin xüsusi qərarı da vardır. Rusiya qanunvericiliynə görə, kilsə, məscid və sinaqoqların əraziləri özəlləşdirilə bilməz. Həmin qanunda o da qeyd olunmuşdur ki, dini inanclarına görə bu kult yerlərindən istifadə edən əhaliyə qarşı hər hansı bir yasaqın tətbiq ediılməsi yol verilməzdir. “Sadval” təşkilatı isə “podval” təfəkkürü ilə, Dərbənddə Türk tarixinin izlərini addım-addım silmək üçün daha qəddarcasına hərəkət edir. Kistaman Ağamirzəyeva bu gün yerli əhalini qorxu və təhdid altında saxlamaq üçün, hətta başkənd İnciqaladan prokurorluq, polis və məhkəmənin əli ilə istədiklərini reallaşdırmağa çalışır.
Dərbənddə uzun illər mühüm dövlət vəzifələrində çalışmış birinin bizə verdiyi bilgiyə görə, şəhəri öz maraqlarına qurban vermək istəyən dörd qüvvə birlikdə hərəkət edir. Bunlar “Sadval” təşkilatı, Ramazan Abdulatipovun himayəsində olan “Avar mafiyası”, Azərbaycana aid olan “Ata Holding” şirkəti və “Rusiya Azərbaycanlı Milyaderlər İttifaqı” tərəfindən yaradılmış koalisiyasıdır. Son zamanlar bu qruplaşma ilə işbirliyində marağı olan və dolayı yolla Rostov və Krasnodar vilayətlərindəki erməni şirkətləri də bu prosesə qoşulmağa başlamışlar. “Həmşəri” məscidinin beləcə işğal olunmasının ardınca şəhərin yuxarı məhəllələrinin də yaxın gələcəkdə yağmalanması hədəfləri artıq göz önündədir.


“Sadval”+ “Podval”= “Ləzgistan”

Dərbəndin bələdiyyə başçısı İmam Yarəliyev Güney Dağıstan üzrə ən zəngin işadamı sayılır. Belə ki, o həm də ləzgilərə məxsus Süleyman Stalski rayonunun gizli sahibidir. Buradakı bütün mədən suları, digər təsərrüfat sahələri onun mülkiyyəti hesab olunur. Bu yöndə ona qaşı çıxan kim olursa olsun, dərhal terror edilərək öldürülür də. Onun əsas gəlir mənbələrindən biri “Rıçal Su” mineral sular biznesidir. “Ata Holding” şirkəti ilə ortaq biznesə malik olan Yarəliyev Azərbaycandakı biznes imperiyası sayəsində milyonlar qazanır. Bu vəsaitin sayəsində isə, Azərbaycan dövlətinə qarşı separatçı siyasətə və Güney Dağıstanda “Ləzgistan” ideyasına çox böyük məbləğdə pullar ayrılır. 2015-ci ildə ilk dəfə olaraq, bütün Quzey Qafqaz boyunca özəlləşdirmə proseslərinə başlanacağı bir dönəmdə Dərbənd və onun ətrafındakı yüzminlərlə hektarlar əraziləri Abulatipov və Yarəliyevin himayə etdiyi anti Azərbaycan güclərin daha sərt şəkildə fəallaşmasının sirri də bundadır.
İnciqalada Azərbaycana dəstək olmaq istəyən işadamlarının bildirdiyinə görə, bu gün Yarəliyevin biznes imperiyasını çökdürməyin, Dağıstan və Azərbaycan üçün başğrısına çevrilmiş uydurma “Ləzgistan” və “ləzgidilli xalqlar” projesinin məhv etməyin yolu onun “Rıçal Su” mineral sularının ticarətinə hər yerdə “YOX!!!” deyilsin. Bakıda qazanlan milyonların sayəsində Dərbənddə Azərbaycan Türklərini inkar və deportasiya siyasətini gücləndirir. O, bütün bunları qədər gizli şəkildə və məharətlə icra edir ki, çoxları həmin ssenarinin başında kimin olduğunun fərqinə belə vara bilmirlər.

Üç qəpilik düşüncə

Dağıstanın tarixi və genelogiyasında yer alan ən mühüm amil dövlətləşmə və dövlət olma prinsipidir. Bu yöndə tarixi və etnoloji baxımdan hər zaman Türklər dövlət olmanın üstün dəyərlərini hər zaman önündə olublar. Bu gün Rusiyada və Quzey Qafqazda orta və ali məktəblərdəki tarix dərslərində ən çox təbliğat da məhz Qafqazda mövcud olmuş dövlətlərin tarixinə qarşı yönəlmişdir. Kuman, Skif, Gök Türk, Hun, Xəzər, Avar, Alan, Çingizoğluları, Noqay Orda, Krım, Səfəvilər, Qacarlar kimi qüdrətli Türk dövlətlərinin tarixinə qarşı aparılan təbliğatlarda “işğalçı”, “qəddar”, “zalım”, “sömürgəçi”, “soyqırımçı” və sair epitetlərlə yerli toplumları şüuraltı və psixoloji anlamda bizlərə qarşı yönəldirlər. Halbuki, həmin toplumları dünyada Türkün verdiyi adla tanıyırlar. Buna görə də, daim bu toplumlar antitürk ovqatında yüklənməklə Azərbaycan dövlətçiliyinə qarşı çıxırlar. Hər addımda elə Dağıstanın özündə Noqay, Kumuk və Azərbaycan Türklərinin hüquqlarının tapdalanmasını genetikasının səbəbləri də buna bağlıdır. Halbuki, minillər boyu Türkə məxsus olan dövlətlər heç zaman bu toplumların haqlarını tapdalamamış, assimliasiya olunmaları kimi siyadətlər aparmamışlar. Həmin toplumları özünün tərkib hissəsi olaraq görmüşlər. Son iki yüz ildə aparılan təbliğatların acı sonucu olaraq, bu toplumlar indi biz Türklərə qarşı düşmən kəsiliblər. Halbuki, Rusiya belə bir siyasəti yönəltməklə, həmin toplumları özünün ideoloji baxımdan əsirinə çevirmək istəyir. Genetik və kulturoloji baxımdan isə, həmin toplumlar nə Moskvanın, nə də ki, Rusiyanın irəli sürdüyü dəyərləri qəbul etmirlər. Bunu Kremlin metropoliyası da çox yaxşı dərk edir. Buna görə də həmin toplumlara heç zaman etibar etməyib. İndiyə kimi, belə bir durumdan sadəcə qazanan tərəf ermənilər olublar. İndi də belədir. “Qafqazdilli” toplumlar adı altında müxtəlif ssenarilər yazan və onun icraçısı rolunda çıxış edən Abdulatipov və Yarəliyev kimiləri köstəbəkcəsinə bu siyasətin başında durmaqla özlərinin gəlcəkdə nə kimi fəsadlara yol verdiklərinin fərqində belə deyillər.


Ənvər BÖRÜSOY,
Dərbənd-Bakı






Fikirlər