Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 305 NƏFƏRƏ ÇATIB

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 305 nəfərə çatıb

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 305 nəfərə çatıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Meksika FHN rəhbəri Luis Felipe Puente bildirib. Ən çox – 167 ölüm halı Mexiko şəhərində qeydə alınıb.
Təbii fəlakət həmçinin Oaxaka, Puebla, Qerrero, Mexiko və Morelos ştatlarında da qurbanlara səbəb olub.
Sentyabrın 19-da Meksikada 7,1 bal gücündə zəlzələ olub. Yeraltı təkanların episentri ölkənin cənubunda yerləşib. Zəlzələ nəticəsində paytaxt Mexikoda 44 ev dağılıb.






Fikirlər