Türkiyə və Yunanıstan GƏMİLƏRİ toqquşub! – Qarşılıqlı İTTİHAMLAR

auto-sahil-guvenlik-ekipleri-ege-de-kacaklara-6248922_o

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Egey dənizindəki mübahisəli Kardak (İmia) adalarında türk və yunan sahil-mühafizə qayıqları toqquşub. Xəbəri Afinanın «AMNA» xəbər agentliyi yayıb.

İnsident ötən gecə baş verib – Türkiyə gəmisi yunan gəmisini «taran edib». 27 nəfər ekipajdan ibarət yunan gəmisi zədələnib və Leros limanına təmirə gəlib. İnsident nəticəsində xəsarət alan olmayıb.

Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, insident problem yaratmayıb, ancaq günahı yunanların üzərinə qoyub: «Özlərini itiriblər və toqquşmadan yayına bilməyiblər».

Bu zaman Yunanıstan hökumətinin rəsmi nümayəndəsi Dimitris Tzanakopulos fərqli fikir səsləndirib. O, Ankaranı dənizdə provakasiyaların sayının artmasında günahlandırıb və «Türkiyənin bölgədə sabitliyə riayət etməməsindən» narahatlığını ifadə edib.

«Yunanıstan hökuməti dəfələrlə qeyd edib ki, ölkənin suverenliyini qətiyyətlə qoruyacaq. Biz, son zamanlar Türkiyənin provakasiyalarının artdığını görürük. Bu da bizi ciddi şəkildə narahat edir» – deyə, Yunanıstan nümayəndəsi xeyli məkrli fikir səsləndirib.

 






Fikirlər