Sabiq baş nazir öz oğlunun telekanalında aparıcı oldu

Sabiq baş nazir öz oğlunun telekanalında aparıcı oldu Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvili oğlunun sahibi olduğu GDS telekanalında aparıcılıq etmək qərarına gəlib.


"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, "20/30" adlı analitik proqramın efirində danışan B.İvanişvili deyib ki, Gürcüstan əhalisinin obyektiv siyasi təhlilə ehtiyacı var.

Ölkəsinin ciddi iqtisadi böhran keçirdiyini qəbul edən sabiq baş nazir, bununla belə, vəziyyətin "katastrofik olmadığını" vurğulayıb.

"Siyasi təhlil vasitəsi ilə bunu əhaliyə izah etmək istəyirəm", - deyə B.İvanişvili əlavə edib.






Fikirlər