Putin Kadırova daha bir orden verdi

Putin Kadırova daha bir orden verdiÇeçenistanın lideri Ramzan Kadırov yenə mükafatlandırılıb.


"AzerTaym.az" ANS-ə istinadən məlumat verir ki, o, "Borcuna sadiqliyinə görə" ordeninə layiq görülüb. Ramzan Kadırovdan başqa bu orden Tatarıstan prezidenti Rüstəm Minnixanova, baş nazirin müavini Dmitri Kozaka, həmçinin bir neçə rusiyalı deputata və rəsmi şəxslərə də verilib. Ordenlər martın 16-da Krımın Ukraynadan ayrılması ilə bağlı keçirilən referendum münasibətilə verilib.

Qeyd edək ki, "Borcuna sadiqliyinə görə" ordeni Ramzan Kadırovun ilk mükafatı deyil. O, bir müddət əvvəl "Krımın azad edilməsinə görə" ordeni ilə də təltif edilmişdi.






Fikirlər