Ərdoğan kürd liderə əsəbiləşdi: “Ağlını itirib!”

Ərdoğan kürd liderə əsəbiləşdi: “Ağlını itirib!”PKK terror təşkilatının siyasi qolu hesab olunan HDP-nin Çanaqqala zəfərinin yüzüncü ildönümü üçün nəşr etdiyi mesajda “Osmanlı kukla idi”,- deməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hirsləndirib.

Musavat.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğanın HDP həmsədri Selaheddin Demirtaşa cavabı gecikməyib: “Şüurunu itirib!”.


Ərdoğan yüz il əvvəlki dövrün Osmanlı hökumətini “kukla” olmaqla günahlandıran HDP-yə hirslənib: “Bu gün bəziləri savaşımızı ciddi qəbul etmir. Bəzi özünü bilməzlər tarixini kiçildir. Onların etdikləri Çanaqqala zəfərini əsla kölgəyə sala bilməz”.

Onun sözlərinə görə, HDP-nin mesajı ölkəyə və millətə düşmənçilikdir: “Biz 2015-ci ili, şanlı mücadilələrimizin, zəfərlərimizin 100-cü ildönümü kimi qeyd edərkən, bəziləri də bu ili Türkiyə əleyhdarlığının, Türkiyə düşmənliyinin bayrağına çevirmək istəyirlər. Erməni diasporu dünyanın hər yerində soyqırım iddialarına əsaslanan kampaniyaları Türkiyə düşmənliyini geniş cəmiyyət qruplarına aşılamağa çalışır. Bu kampaniyaların məqsədi tarixin bir dövründə ermənilərin acı yaşadığını göstərmək niyyətidir. Bu, birbaşa ölkəmizə və millətimizə düşmənçilik etməkdir. Məqsəd həqiqəti tapmaq deyil, Türkiyəyə hücum etmək, zərər verməkdir, başqa bir şey yoxdur. Bizim bu mövzuda kimsəyə verəcək bir hesabımız yoxdur. Biz yalnız öz millətimizin son 100-150 illik yaşadığı ağrıların arxasına düşsək, erməni iddialarından qat-qat daha çox söyləyəcək sözümüz, soruşacaq hesabımız çıxar”.

Ərdoğan erməni diasporuna da səslənib: “Ey erməni diasporu, ey Ermənistan rəhbərliyi, gəlin, buyurun bizim arxivlərimizə. Sizin nə qədər sənədiniz var? Çıxarın sənədlərinizi, tarixçilərinizi, danışsınlar”.






Fikirlər