Abdullah Gülün ailəsində itki

Abdullah Gülün ailəsində itkiTürkiyənin 11-ci prezidenti Abdullah Gülün ailəsində itki baş verib.

ANS-in məlumatına görə, Kayseri şəhəri Aydınlıkevler məhəlləsində baş verib.

Məhəllənin sakini 83 yaşlı Avni Gülün tək başına yaşadığı evdə cəsədi aşkarlanıb.

Ölümün şübhəli olduğunu hesab edən polis mərhumun cəsədini məhkəmə tibbi ekspertizasının morquna göndərib.

Mərhum Avni Gülün sabiq Türkiyə prezidenti Abdullah Gülün atası ilə əmizadə olduğu bildirilib.






Fikirlər