ABŞ-ın xüsusi prokuroru Trampın KÜRƏKƏNİNİ 7 saat AORĞU-SUAL EDİB

ABŞ-da 2016-cı ilə keçirilən prezident seçkilərinə Rusiyanın müdaxilə edib-etməməsini araşdıran xüsusi prokuror Robert Müller bu ilin aprelində prezident Donald Trampın kürəkəni Cared Kuşneri 7 saat sorğu-sual edib.

"Report" xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb.

"Cared Kuşner bir il əvvəl 2016-cı ilin seçkilərinə müdaxilə ilə bağlı istənilən təhqiqatla əməkdaşlıq etməyə ilk razılaşanlardan biri idi. O, həmin vaxtdan araşdırmaya tam kömək edib və Konqresin nümayəndələri ilə dindirmədə iştirak edib. Kuşner həmçinin xüsusi prokurorun komandası ilə iki dəfə danışıb", - deyə telekanal Kuşnerin vəkili Abba Loueldən sitat gətirib.

Vəkil qeyd edib ki, onun müştərisi bütün məsələlər üzrə ətraflı cavablar verib. O, Müllerlə ilə söhbətin dəqiq tarixini açıqlamayıb və dindirmənin mahiyyəti barədə də şərh verməkdən imtina edib.






Fikirlər