“AZƏRBAYCAN AVROPANI QORUYAN ÖN CƏBHƏDİR” – Saakaşvili

“AZƏRBAYCAN AVROPANI QORUYAN ÖN CƏBHƏDİR” – SaakaşviliAzərbaycan problemlərini həll edəcək və bu, regional problemlərin həllinə yol açacaq”.

APA-nın məlumatına görə, bu sözləri Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili deyib. Onun sözlərinə görə, ikinci dərəcəli məsələ yoxdur, əsas məsələ prinsip məsələdir: “Prinsip isə birdir. Bir yerdə ərazi bütövlüyü məsələsi şübhə altına alınırsa, bu başqa yerdə də baş verir. Bir yerdə faciəyə göz yumulursa, başqa yerdə də faciə olacaq”.
M. Saakaşvili hesab edir ki, Qafqaz regionunun böyük gələcəyi var: “Lakin Qafqazın bugünkü problemlərinin həllinə ehtiyacı var. Qafqaz Avropa istiqamətində yolunu davam edir. Qafqaz daha güclü olur. Biz ərazi bütövlüyünün pozulmasına əsaslanan problemlərimizi həll etmək və Avropa İttifaqının çox vacib strateji tərəfdaşına çevrilmək istəyirik”.
Eks-prezidentin sözlərinə görə, Azərbaycan Avropanı radikal islamçılıq təhdidlərindən qoruyan ön cəbhədir. Onun sözlərinə görə, Azərbaycan Avropanı bir enerji mənbəyindən asılılığını ləğv edən ölkədir: “Azərbaycan Qərbi təhdidlərdən qoruyan sərhəddir. Avropa da Azərbaycanın müstəqilliyinin və gələcəyinin müdafiəsinə qalxmalıdır”.






Fikirlər