Hər şey bu şəkildən başladı - Fotofakt

Hər şey bu şəkildən başladı - FotofaktTürkiyədə rüşvətlə bağlı keçirilən əməliyyatların başlanmasına Rza Zərrabın sürücüsünün “Feysbuk”da paylaşdığı şəkilin səbəb olduğu bildirilib. Azertaym.az məlumat verir ki, bu barədə informasiya Türkiyə mətbuatında yer alıb. Mətbuat keçən il ölkənin Gömrük İdarəsinin keçirdiyi əməliyyat nəticəsində Rza Zərrabın sürücüsü Turqut Happaninin kuryerlik etdiyinin aşkarlandığını yazıb. Bundan sonra Rusiyaya 180 milyon dollar pulun daşınmasında kuryerlik etdiyi bəlli olan T.Happani şəkillərini “Feysbuk” səhifəsində yerləşdirib. Media məhz bundan sonra polisin hərəkətə keçdiyini bildirib.






Fikirlər