ABŞ-ın “QARABAĞI QAYTARIN” çağırışına Ermənistandan SENSASİYALI CAVAB

ABŞ-ın “Qarabağı qaytarın” çağırışına Ermənistandan SENSASİYALI CAVAB

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun İrəvanda səfərdə olarkən “Əgər növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın partiyası qalib gələcəksə, bu, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün qətiyyətli addımların atılmasına şərait yaradacaq” açıqlamasının Ermənistanda yaratdığı əks-səda davam edir.

Ermənistanın xarici işlər nazirinin müavini Ruben Ruinyanın Boltonun fikirləri ilə bağlı münasibəti sensasiya olaraq təqdim edilib.


Erməni nazirin müavini Boltonun bəyanatını şərh etmək istəmədiyini deyib.

Əlavə edib ki, o, ABŞ-ın məmuru deyil: “Mən Ermənistanın xarici işlər nazirinin müaviniyəm, ABŞ-ın yox. Qarabağ məsələsində istənilən qərar Ermənistan və “Qarabağ xalqı” ilə uyğunlaşdırılmalıdır. Hansı prinsiplər Ermənistan tərəfi üçün münasibdir, o da olacaq”.

Qeyd edək ki, Bolton İrəvanı tərk edəndən sonra Nikol Paşinyan da sərt açıqlama vermiş və qeyd etmişdi ki, “münaqişəni ABŞ yox, erməni xalqı həll edir”.

Ehtimallara görə, ABŞ Ermənistandakı seçkidən sonra Qarabağ münaqişəsinin həlli üçün “yol xəritəsi”ni təqdim edəcək. ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin səlahiyyət müddətini başa vurduğu ərəfədə “münaqişənin istənilən həll variantı ərazilərin bir qisminin Azərbaycana qaytarılması ilə nəticələnəcək” deməsi də Vaşinqtonun planının “mərhələli həll” olduğu ehtimalını önə çıxarır.






Fikirlər