RUSİYA 12 ukraynalı dənizçini HƏBS ETDİRDİ

Rusiya 12 ukraynalı dənizçini həbs etdirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə Rusiya ərazi sularını pozması ittihamı ilə saxlanılan ukraynalı dənizçilərin 2 ay müddətinə həbs edilməsi barədə qərar qəbul edib.

Məhkəmənin qərarına görə, dənizçilər gələn il yanvarın 25-dək həbsdə qalacaq.

Məlumata görə, digər 12 dənizçinin məhkəməsi isə sabah keçiriləcək.

Qeyd edək ki, Kerç boğazında Rusiya Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə alınaraq Kerç limanına aparılıb. İnsident nəticəsində 6 Ukrayna hərbçisi yaralanıb.






Fikirlər