Abdullah Gül AKP-nin dəvətini qəbul etmədi

 

abdullah-gulTürkiyənin 11-ci prezidenti Abdullah Gül sabah keçiriləcək AKP Qurultayına qatılmaqla bağlı baş nazir Əhməd Davudoğlunun dəvətini qəbul etməyib.

AzPolitika.info-nun “Dünya Bülteni”nə istinadən verdiyi məlumata görə, AKP sədr müavini Bəşir Atalay tərəfindən mətbuata verilən açıqlamada A.Gülün dəvətnaməyə mənfi cavab verdiyi təsdiqlənib.

Atalay həmçinin bildirib ki, qurultayda Əhməd Davudoğlu yeganə namizəd olacaq.
Tədbirə HDP də daxil olmaqla 11 partiyanın dəvət olunduğu deyilir.

 






Fikirlər