Rusiyada bir gündə 10 581 nəfər koronavirusa YOLUXDU

Rusiyada bir gündə 10 581 nəfər koronavirusa yoluxdu

Rusiyada son sutka ərzində daha 10 581 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 145 268-ə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib. Bildirilib ki, aktiv koronavirus xəstələrinin sayı 107 819 nəfər təşkil edir. Ötən gün ərzində xəstəlik səbəbindən daha 76 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 1 356-ya çatıb. Ümumilikdə 18 095 pasiyent isə sağalaraq evinə buraxılıb.

Qeyd edək ki, dünya üzrə 3 579 307 insan koronavirusa yoluxub, 248 445 nəfər isə vəfat edib.






Fikirlər