Rusiya təyyarəsini İŞİD vurub - Məsuliyyəti üzərinə götürdü

“Rusiya təyyarəsini İŞİD vurub - Məsuliyyəti üzərinə götürdü

İslam ekstremistləri (İŞİD) bu gün Misirdə baş verən dəhşətli təyyarə qəzası ilə bağlı məsuliyyəti öz üzərinə götürüblər.

Azərtaym.az “Qafqazinfo” -a istinadən xəbər verir ki, məlumatı Reuters yayıb. İŞİD iddia edir ki, rusların təyyarəsini ekstremist döyüşçülər Sinay yarımadası səmasında vurublar. Artıq sözügedən xəbər İŞİD-in qeyri-rəsmi saytı olan “Amaq”da da yerləşdirilib.

Xatırladaq ki, А-320 təyyarəsinin göyərtəsində 217 sərnişin, 7 ekipaj üzvü olmaqla ümumilikdə 224 nəfər uçub. Onlardan heç biri sağ qalmayıb.

Misir xilasedicilərinin məlumatına görə isə Rusiya təyyarəsi texniki nasazlıq səbəbindən qəzaya düşüb.

Təyyarə Misirin kurort zonası olan Şarm-aş-Şeyxdən Sankt-Peterburda uçurmuş.

Hadisə ilə əlaqədar olaraq Rusiya prezident Vladimir Putin ölkədə matəm elan edib.

Fikirlər