RUSİYA ORDUSUNA ZƏRBƏLƏR ENDİRİLDİ - Rusların bu kolonu darmadağın edildi + VİDEO (Yenilənib)

Ukrayna Silahlı Qüvvələrinin Rusiya ordusuna məxsus texnikaya endirdiyi zərbənin görüntüləri yayılıb. Sosial şəbəkələrdə yayılan videoda Rusiya ordusuna məxsus PDM-2 zirehli texnikası vurulub.

Zərbə nəticəsində texnikanın döyüş komplektində detonasiya baş verib.

Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun logistika kolonunu Da məhv edib.

Rusiya kolonu Xarkov yaxınlığında vurulub.

Endirilmiş zərbə nəticəsində ərazidə sursatların detonasiyası baş verib və yanğınlar qeydə alınıb.

***

Rusiya Silahlı Qüvvələri 1-ci ordu korpusunun Ukraynanın Zaporojye vilayətindəki döyüşlərdə zərərsizləşdirilmiş 100-dən çox hərbçisinin meyiti Qorlovka mərkəzi morquna aparılıb.

Məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Bildirilib ki, Rusiya hərbçilərinin Zaporojye vilayətinin Orexi yaşayış məntəqəsini ələ keçirmək cəhdlər uğursuz olub.

Məlumata görə, Bessarabiya istiqamətində gərginlik olsa da, Ukrayna müdafiəçiləri vəziyyətə nəzarət edir.

Bundan əlavə, ötən sutkada Rusiyanın 7 PUA-sı və 8 qanadlı raketi məhv edilib. Məlumata görə, rəqibin bu istiqamətdə verdiyi itkilər dəqiqləşdirilir: “Ötən sutkada Rusiyanın Donetsk və Luqansk vilayətləri istiqamətində 12 hücumunun qarşısı alınıb, 6 tank, 3-ü reaktiv zirehli döyüş texnikası olmaqla 5 artilleriya sistemi, 15 zirehli döyüş texnikası, 9 avtomobil texnikası məhv edilib”.

Rusiyanın başqa istiqamətlərdə də itkiləri olduğu vurğulanıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun itkilərini açıqlayıb. Bu barədə Baş Qərargahın feysbuk səhifəsində paylaşım edilib.

Məlumatda bildirilib ki, Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan indiyədək Rusiya, təxminən, 24 500 hərbçisini itirib: "Həmçinin 87 qanadlı raket, 2 610 zirehli döyüş maşını, 1 077 tank, 491-dən çox artilleriya sistemi, 194 təyyarə, 155 helikopter, 1867 avtomobil texnikası, 10 kater və 38 xüsusi texnika məhv edilib".

Baş Qərargahdan verilən məlumata görə, son sutka ərzində Rusiyanın ən böyük itkiləri İzyum istiqamətində müşahidə olunub.

 

 

Ukrayna Silahlı Qüvvələri Nikolayevsk və Xerson vilayətlərinin inzibati sərhədləri yaxınlığındakı 4 yaşayış məntəqəsini Rusiya hərbçilərindən azad edib.

Bu barədə məlumatı isə Ukraynanın “Cənub” Əməliyyat Komandanlığı yayıb.

Bildirilib ki, ötən sutkada Rusiya bu istiqamətdə 47 canlı qüvvə, 2 zenit-raket kompleksi, 8 avtomobil texnikası, 2 PUA, bir radiolokasiya stansiyası, bir dezel-generatoru itirib.

Ukrayna Silahlı Qüvvələri bu bölgədə Rusiyanın 7 anbarını, sursat və yanacaq-sürkü materialları aparan karvanını məhv edib.






Fikirlər