Putinin qızının 2 milyard sərvəti var

 

“Putinin qızının 2 milyard sərvəti var

 Rusiya prezidenti Putinin kiçik qızı Katerina milyard dollarlıq sərvətə sahibdir. “Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı Reuters Xəbər Agentliyi yayıb.

Xəbərdə qeyd olunur ki, Katerina Tixonovna soyadını nənəsi Yekaterina Tixonovna Şkrebnevanın adından götürüb. O, Moskva Dövlət Universitetində dövlətin hazırladığı layihələri həyata keçirir və universitetdə görüləcək işlər üçün milyonlarla dollar xərcləyir.

Reutersə görə, Katerina Putinin dostu, “Bank Rossiya”nın ortağı Nikolay Şamalovun oğlu Kirill Şamalovla evlidir. Kirill Şamalov və həyat yoldaşı Katerina 2 milyard dollar dəyərində sərvətə sahibdir.

Cütlüyün Fransanın sahil qəsəbəsi Biarritzdə dəyəri 3.7 milyon dollar olan villası var. Onlar villanı Timçenkodan satın alıb. “Forbes” jurnalına görə Timçenko 11.9 milyard dollarlıq sərvətiylə dünyanın 118-ci, Rusiyanın isə 9-cu ən zəngin adamıdır.

Qeyd edək ki, uzun illərdir Rusiya mətbuatı üçün Putinin ailəsi, xüsusilə də qızları sirr olaraq qalır. Belə ki, ölkədə Putinin qızları barədə ictimai müzakirə və material dərc etmək qadağandır. Putin açıqlamalarının birində qızlarının adi insanlar kimi həyat sürdüyü, lakin təhlükəsizliklərini qorumaq üçün onların mətbuatda işıqlandırılmadıqlarını bildirmişdi.

İlk dəfə olaraq Mariya və Katerina 2004-ci ildə bir vaxtlar Putinin də təhsil aldığı Sank-Peterburq dövlət universitetlərinə qəbul olmaları münasibəti ilə ictimaiyyət qarşısına çıxmışdılar.

 






Fikirlər