Məşhur “KOÇ” Holdinqin rəhbəri ÖLDÜ

Türkiyənin tanınmış iş adamı vəfat edib.

 Türkiyə KİV-ləri xəbər verir ki, “Koç” Holdinqin İdarə heyətinin başçısı Mustafa Koç bu gün idman etdiyi zaman infakrt keçirib. Xəstəxanaya aparılan Mustafa Koça həkimlər müdaxilə etsə də, onun həyatını xilas etmək mümkün olmayıb. 

Mustafa Koç 1960-ci ildə Ankarada anadan olub. Ailənin ən böyük oğludur. İş həyatına 1984-cü ildə başlayıb. 1992-ci ildə “Koç” Holdinqə rəhbərlik etməyə başlayıb. 

Mustafa Koçun iki qızı var.






Fikirlər