ABŞ-ın İrana müdhiş HÜCÜM PLANI

 

ABŞ-ın İrana müdhiş hücum planı
ABŞ Tehran ilə P5+1 ölkələri arasındakı nüvə müzakirələrin uğursuz olma ehtimalı səbəbindən İrana genişmiqyaslı kiber hücum planı hazırlayıb
“Nyu York Tayms”ın məlumatına görə, Berlin Film Festivalında nümayiş olunacaq “Zero Deys” adlı sənədli filmi ABŞ-ın “Nitro Zeus” kod adı ilə İrana hücum planından bəhs edir.
ABŞ-ın hərbi və kəşfiyyat səlahiyyətlilərinin iştirak etdiyi sənədli filmdə kiber hücumun hava-müdafiə rabitə sistemləri ilə planlaşdırıldığı, ancaq nüvə müzakirələrində son razılaşma təmin edildikdən sonra planın təxirə salındığı qeyd olunub.
Kiber hücum planının hazırlıqları ABŞ prezidentinin İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Con Allenə birbaşa göstəriş verildikdən sonra başlanılıb.
Plan Pentaqonda hazırlanıb və Vaşinqtona 10 milyonlarla dollara başa gəlib. İranla nüvə razılığı uğursuz nəticələnsə idi, minlərlə ABŞ hərbçisi plana daxil ediləcəkmiş.
Qəzet planın tamamilə qüvvədən düşmədiyini iddia edir. Pentaqon İrandakı zənginləşdirilmiş uran istehsal olunan “Fordo” nüvə təsisi bağlanmasa, hücum planını yenidən gündəmə gətirəcək.






Fikirlər