`İnsanlar MARSDA yaşayacaq` - Houkinqdən QORXULU proqnoz

Britaniyalı astrofizik Stiven Houkinq bəyan edib ki, yaxın 100 ildə insanlar Marsda məskunlaşacaqlar. 


Bu barədə AzVision.az `BBC`-yə istinadən xəbər verir. 

Alimin fikrincə, Yerlə Ay arasında məsafə nəzərə alınsa, Ayda insanların məskunlaşması Marsdan daha asan olardı. Lakin Qırmızı planetin fəth edilməsi daha maraqlı məsələdir. Çünki bu həqiqətən avtonom məskunlaşmanı tələb edir.

“Heç bir şübhəm yoxdur ki, yaxın 100 ildə insanlar Marsda yaşayacaq”, – deyə Stiven Houkinq bildirib. 

Onun sözlərinə görə, bunun üçün investisiyalar və kosmik radiasiya, Yer planetindən kənarda həyatı əhəmiyyətli resursların olmaması şəraitində yeni biliklər lazımdır. 

Alim, həmçinin əmindir ki, gələcəkdə insanlar sağ qalmaq üçün planeti tərk etmək məcburiyyətində qalacaqlar: “Bizim Yer planetində mövcudluğumuz üçün xeyli təhlükələr var. Məsələn, nüvə müharibəsi, qlobal istiləşmə və geni dəyişdirilmiş viruslar. Bu təhlükələrin sayı böyük ehtimalla texnologiyaların inkişafı ilə daha da artacaq. Biz Yer planetində fəlakətin bütün bəşəriyyətin sonu olmaması üçün diqqətimizi kosmosa cəmləməli və digər ulduzlara səyahət etməliyik”, - deyə Houkinq vurğulayıb. 






Fikirlər