“Twitter”dən TÜRK düşmənçiliyi – ƏRDOGANA qarşı qlobal əməliyyat + VİDEO

1459363522282Türkiyə hökuməti Twitter sosial şəbəkəsini sifarişlə Rəcəb Tayyib Ərdoğana qarşı senzura tətbiq etməkdə günahlandırıb. APA TV xəbər verir ki, Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Twitter-də yaradılmış “we love Erdoğan” (“Biz Ərdoğanı sevirik) heşteginin ləğv edilməsinə sərt münasibət bildirib.
Bəkir Bozdağ deyib ki, terror təşkilatları Twitter-dən istifadə etdikdə bu sosial şəbəkənin rəhbərliyi ölkələrin müdaxilə tələblərinə əməl etmir, bunu özünün sərbəstliyi əsaslandırır.
“Twitter-də soruşuram: kim təlimat verdi ki, “we love Erdoğan” heştegini ləğv etdiniz? Bir öləmi, şəxsmi, terror təşkilatımı, ya başqa birimi təlimat verdi? Azadlıq prinsipləri çərçivəsində “we love Erdoğan” mesajını yaymaq Twitter-in prinsiplərinə ziddirmi? Ziddirsə, hansı prinsipinə?”.
Bəkir Bozdağ deyib ki, Twitter-in son addımı Türkiyə prezidentinə qarşı qlobal əməliyyatın bir hissəsidir.

 






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi