İngiltərə RUSİYAYA qarşı QİSAS planı hazırlayıb

Britaniya hökuməti Solsberidə QRU-nun eks-polkovniki Sergey Skripalın və onun qızının zəhərlənməsi hadisəsinə cavab olaraq Rusiyaya qarşı kiber hücum təşkil edə bilər. 

Modern.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.

Nəşr bu məlumatı hakimiyyətdki informasiya mənbəəsinə istinadən yayıb.

Kompüter şəbəkələrində zərərverici proqramlar lazımi informasiya bazalarına düşə bilər. Bunların istifadəsinə baxıla bilər və hətta mümkündür”- deyə informasiya mənbəyi qəzetə danışıb.

Qəzetin məlumatına görə bu tipli zərərverici proqrmların hazırlanmasına Britaniyanın Müdafiə Nazirliyi və Bitaniya Dövlət Şəbəkə Mərkəzi baxır.

Hücumların hədəfinin Hökumət saytları və yalnış informasiya yayan saytlar olacağı da qeyd olunur.

Qeyd edək ki, martın 12-də Britaniya baş naziri Tereza Mey Rusiyadan iki gün ərzində rəsmi cavab gözlədiyini bildirib.

 






Fikirlər