Bu ölkədə “Facebook” qadağan edildi

Tacikistanda sosial şəbəkə qadağan edilib
Bu ölkədə “Facebook” qadağan edildi

Tacikistanda bir sıra internet-provayderlər “Facebook” sosial şəbəkəsinə girişi qadağan edib. Lakin hələlik bu qərarla bağlı heç bir açıqlama verilməyib.
Məlumata görə, Tacikistan hökuməti yanında rabitə xidməti internet-provayderlər və mobil operatorlardan “Facebook”un məhdudlaşdırılmasını tələb edib. Lakin ölkənin təxminən yarısına xidmət göstərən “Online” və “Telecomm Technology” şirkətləri bu göstərişi icra etməkdən imtina ediblər. Bu, il ərzində ölkədə “Facebook”un ikinci məhdudlaşdırılmasıdır. Hələ martın 3-də “Zvezda.ru”, “Tjknews.com” və “Maxala.org” kimi saytlara da girişi məhdudlaşdırmağı göstəriş vermişdi. Lakin bir həftədən sonra “Facebook”a giriş bərpa olunsa da, digər saytlara hələ də giriş yoxdur.
“Socialbakers.com” saytının verdiyi məlumata görə, Tacikistanda Facebook istifadəçilərinin sayı 41 mindən artıqdır.






Fikirlər