XANKƏNDİDƏ güclü partlayışlar və atəş səsləri

Xankəndidə güclü partlayışlar və atəş səsləri

Azərbaycanın işğal altında olan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Dağlıq Qarabağ separatçılarının lideri arasında danışıqlar zamanı Xankəndi şəhərinin mərkəzində bir neçə güclü partlayış baş verib.

Məlumatı RİA “Novosti” yayıb. 

Bundan başqa, şəhərin kənarında pulemyot atışi səsləri eşidilib, işıqsaçan güllələr görünüb. Danışıqların nəticələrini gözləyən jurnalistlər baş verənləri lentə alıblar.

Xatırladaq ki, ATƏT-in Minsk qruöunun həmsədrləri bu gün Azərbaycanın işğal altındakı ərazilərinə səfər ediblər.






Fikirlər