Saat 15.00-dan təmas xəttində 5 SAAT atəş açılmayacaq

Saat 15.00-dan təmas xəttində 5 saat atəş açılmayacaq

Aprel ayının 8-də Bakı vaxtı ilə saat 15.00-dan başlayaraq qoşunların təmas xəttində atəşkəs rejiminin bərpa olunması barədə razılığa gəlinib. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Musavat.com-a verilən məlumatına görə, ATƏT-in Bakı Ofisi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 15.00-dan 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesinin həyata keçirilməsi planlaşdırılır. 
Əlavə məlumat veriləcək.






Fikirlər