7 RAYONUN qaytarılmasını istəyən deputat Xankəndində döyüldü

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qondarma “DQR”-iin “parlamentində” təmsil olunan müxalif “deputatı” Ayk Xanumyan Xankəndində döyülüb.

AzerTaym.az Publika.az-a istinadən xəbər verir ki, A. Xanumyan hazırda xəstəxanaya yerləşdirilib. 
Hadisənin təfərrüatları hələlik məlum deyil. Lakin hadisə ilə bağlı iddialar səsləndirilir. Birinci iddiaya görə, A. Xanumyan I Qarabağ müharibəsində terrorçu kimi ad çıxarmış Samvel Babayanın “DQR”-in “müdafiə naziri” təyin olunmasını tələb etdiyi üçün cəzalandırılıb.
İkinci iddiaya görə, A. Xanumyan “dördgünlük müharibə”dən sonra qondarma rejimi sərt tənqid etməyə başlayıb. Hətta Serj Sarkisyanın işğal olunmuş Qarabağ ətrafı rayonları güzəştə getməklə bağlı təkliflərinin qəbul edilməsinin tərəfdarı kimi çıxış edib.






Fikirlər