Qiyamçı əsgərin "başını kəsənlər"dən biri tanınmış aktyor imiş - FOTO

Boğaz körpüsündə yaralı əsgərləri daşıyanlar arasında olan tanınmış aktyor Ali Nuri Türkoğlu yanlışlığın qurbanı olub.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, çevriliş cəhdinə mane olmaq üçün küçəyə çıxan aktyora sosial şəbəkədə yayılan fotoya görə qatil damğası vurulub. Aktyor bu barədə Tvitter-də açıqlama verərək, sadəcə, yaralı əsgəri maşına apardığını bildirib.
Qeyd edək ki, sosial şəbəkədə yayılan şəkildə əsgərin başının kəsildiyi iddia edilmişdi.






Fikirlər