Bakıda xəstəxanada biabırçılıq: Yaralı şəxs yerdə süründü - VİDEO

Bakıda xəstəxanada biabırçılıq: Yaralı şəxs yerdə süründü -

Azərbaycanda təcili yardım yaralı vətəndaşı qəbul etməkdən imtina edib. 

Baku.ws-in məlumatına görə, sosial şəbəkədə yayılan videonun Sabunçu Rayon 3 saylı Klinik Xəstəxanasında çəkildiyi iddia olunur. Məlumata görə, bıçaqlanan şəxsi ətrafında olan şəxslər xəstəxanaya çatdırıblar. Ancaq həkim xəstənin adı və soyadı verilməsə, qeydiyyata alınmayacağını bildirib.
 Vətəndaşların kəskin etirazına baxmayaraq səlahiyyətli şəxs telefon nömrəsi və digər əlaqə vasitələrini tələb edib. Maraqlısı ondadır ki, həkim qəti şəkildə yaralıya yaxınlaşaraq ilkin müdaxilə etməyib. 
 Yaralı şəxsin vəziyyəti barədə hələlik dəqiq məlumat yoxdur. 






Fikirlər