Azərbaycanda 364 min nəfərdən çox şəxs aylıq SOSİAL müavinətlə təmin olunur

Azərbaycanda 364 min nəfərdən çox şəxs aylıq sosial müavinətlə təmin olunur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aylıq sosial sosial müavinətlə təmin olunanların sayı hazırda 364084 nəfər təşkil edir.
 Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata göər, həmin şəxslərdən 40,1%-i əlilliyə, 4,1%-i yaşa, 11,6%-i ailə başçısını itirməyə görə aylıq sosial müavinətlə təmin olunur.
Həmçinin aylıq sosial müavinət alanlardan 19,2%-i sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, 13,4%-i müharibə veteranlarıdır.
 Beşdən çox uşağı olan qadınların, müharibə əlilləri və şəhid ailələrinin, I və II qrup Çernobıl AES əlillərinin, müddətli hərbi xidmət qulluqçularının uşaqlarının, ünvanlı dövlət sosial yardımı ilə təmin edilən aztəminatlı ailələrdəki bir yaşadək uşaqların hər birinə görə də aylıq sosial müavinət ödənilir. Müvafiq kateqoriyalardan olan digər şəxslər də nazirlik tərəfindən aylıq sosial müavinətlə təmin edilirlər.
 Bununla yanaşı, uşağın doğulmasına görə ailələrə, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə və qanunvericilikdə nəzərdə tutulan digər kateqoriyalara aid insanlara birdəfəlik müavinətlər verilir. Cari ildə nazirlik tərəfindən birdəfəlik müavinətlə təmin edilənlərin sayı 60 660 nəfər təşkil edib. 

 

 






Fikirlər