Prezident keçmiş MTN-in emblemində - Dəyişiklik etdi

“Prezident keçmiş MTN-in emblemində - Dəyişiklik etdi

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin emblemi haqqında” fərmanında dəyişikliklər edib.

Qafqazinfo” xəbər verir ki, həmin dəyişikliklərin məzmunu aşağıdakılardır:

“1. Adında və mətnində (hər iki halda) “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin emblemi haqqında Əsasnamə” üzrə:

2.1. adında,1-ci hissəsinin birinci və ikinci cümlələrində, 2-ci hissəsində, 3-cü hissəsində (hər üç halda) və 4-cü hissəsinin birinci, ikinci və üçüncü abzaslarında “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin;

2.2. 1-ci hissəsinin birinci cümləsində “milli təhlükəsizlik” sözləri “dövlət təhlükəsizliyi” sözləri ilə əvəz edilsin;

2.3. 2-ci hissəsində “Nazirliyin” sözü “Xidmətin” sözü ilə, “Milli Təhlükəsizlik Nazirliyinə” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinə” sözləri ilə əvəz edilsin.

3. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin rəsmi embleminin təsviri” üzrə:

3.1. adında, birinci hissəsində və emblemin şəklinin adında “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin;

3.2. ikinci hissəsinin birinci cümləsində “MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİ” sözləri “DÖVLƏT TƏHLÜKƏSİZLİYİ XİDMƏTİ” sözləri ilə əvəz edilsin;

3.3. emblemin şəkli yenisi ilə əvəz edilsin (əlavə olunur)”.

 






Fikirlər