Jurnalistlər müharibə şəraitində bunları bilməlidirlər - VİDEO - FOTO

"Ekstremal jurnalistlərin təcrübə poliqonu" adlı layihə çərçivəsində televiziya və sayt əməkdaşlarının ikinci qrupu, düşmənlə sərhəd bölgəsində yerləşən hərbi hissələrdə təlimlər keçiblər.

AzerTaym.az xəbər verir ki, bir həftə davam edən təlim çərçivəsində jurnalistlər döyüş bölgəsindən sağ çıxma, mövqe seçmə, dağlarda azimut üzrə hərəkət etmə və.s bacarıqlara yiyələniblər. Media işçiləri hərbi nizam intizam çərçivəsində əsgər kazarmasında gecələyib və əsgər yeməyi ilə qidalanıb.

Təlimlərin  məqsədinə gəlincə, müharibə şəraitində yaşayan bir ölkədə jurnalistlərin hərbi, ekstremal şəraitə uyğunlaşması böyük önəm daşıyır.
Qeyd edək ki, təlimlər sentyabr ayında yekunlaşacaq və iştirakçılara diplomlar təqdim olunacaq. (Region TV)  

 






Fikirlər