7 SAYLI cəzaçəkmə müəssisəsində neqativ hallar tüğyan edir”

“7 saylı cəzaçəkmə müəssisəsində neqativ hallar tüğyan edir”

7 saylı cəzaçəkmə müəssisəsində saxlanan bir qrup məhbus xalqxeber.az-a müraciət ünvanlayıb.

Onların bildirdiklərinə görə, cəzaçəkmə müəssisəsində 500 nəfərdən çox məhkum saxlanılır. Burda qanunsuzluq, özbaşınalıq, korrupsiya faktları baş alıb gedir.

Dustaqlar incidilir. «BİR TELEFON ZƏNGİ ÜÇÜN 10-15 MANAT ÖDƏMƏLİSƏN» Müraciət müəllifləri yazır: «7 saylı koloniyada cəza çəkən məhbus karantində məcburi əməyə cəlb edilir. İşləməmək üçün 300 manat rüşvət verməlisən. Pulu olmayan və bu qanunsuzluğa etiraz edən məhkumlara ağır, dözülməz işgəncələr verilir. 14 günədək tək qalması nəzərdə tutulan karantində vaxtından əvvəl çıxıb baraka yerləşmək üçün 400- 500 manat rüşvət verməlisən. Yaşayış barakında aşağı yarusda çarpayıda yatmaq üçün 300 manat rüşvət ödəməlisən. Yaxınlarınla telefon əlaqəsi yaratmaq üçün qısa zəngə 10-15 manat ödəməlisən. Ancaq danışmaq üçün hər dəqiqəyə 2 manat ödəməlisən. Həftədə bir dəfə telefonla danışmaq nəzərdə tutulsa da, rüşvət hesabına istədiyin qədər və hər gün danışa bilərsən».  

Xalqxeber.Az dustaqların adını sonradan incidilməmələri üçün çəkmir: «Müraciəti bir qrup məhbus göndərib. Dövlət orqanlarından başqa onlar hüquq müdafiəçilərindən də kömək umurlar. Adlarını ona görə çəkmirik ki, çəksək, onlara təzyiqlər olacaq».

7 saylı cəzaçəkmə müəssisəsi Xətai rayonundakı 3-cü qəsəbə ərazisində yerləşir. "Şikayət edən məhkumlara rəis Xaləddin Əsədov tərəfindən ağır işgəncələr verilir” Məhkumlar korrupsiya, özbaşınalıq, işgəncə faktlarından dəfələrlə Ədliyyə Nazirliyinə şikayət ediblər. Penitensiar Xidmət hər dəfə tərəflərindən müraciətin araşdırılacağı bildirildsə də, hansısa tədbir görüldüyü məlum deyil. Məhkumlar nazirliyə göndərilmiş müraciətə imza etdiyi ücün 7-saylı CÇM-nın rəisi Xaləddin Əsədovun təzyiqlərinə məruz qalır. Məhbuslara hədə-qorxu gəlir, təzyiq edilir ki, ərizə yaz təkzib et. 7-saylı CÇM-də həqiqətən məhkumlara çox pis yemək verildiyndən, məhkumların qohumları görüşə gələndə 40-50 kq ərzaq aparırlar ki, özləri hazırlayıb yesinlər. Oranın yeməyini yeməsinlər, xəstəlik taparlar. Hər görüşə gelən valideynlərdən müəssisənin əməkdaşları çəkinmədən 100-150 manat pul alırlar. Məhbuslar qeyd edir ki, bizə inanmayanlar gəlib 7-saylı CÇM-nın qarşısına, bu faktları gözləri ilə görə bilərlər. Komputer oyunu, telefonda danışmaq, camaşırxana, hamam, kafe, cayxana, yarus kravatda yatmaq, idman zalında məşq etmək, saç saxlamaq, vaxtından əvvəl uzunmüddətli görüş, həvəsləndirmə tədbiri, tibb hissəsində qalmaq, ayaqqabı təmiri, dərzi – hamısı pulludur. Bir faktı qeyd edək, gelib yoxlasınlar, dağa-daşa düşməsinlər.Telefonla pul verib danışırlar. Məhkumlar deyir ki, həftədə hər məhkuma qanunla 15 dəqiqə olmaqla, 2 dəfə qohumları ilə telefon əlaqəsi saxlamaq nəzərdə tutulub. Hətta telefon danışığı otağının qapısında iş günləri 1-ci gündən 5-ci günədək yazılıb. Ancaq hər gün istənilən vaxt 5 manat verib "vızıv” atıb danışmaq olur ki, bu da küllü miqdarda pul edir. Bunu aşkar etmək ücün rabitə və informasiya Nazirliyindən 7-saylı CÇM-ndə məhkumların danışması ücün ayrılmış telefonlara daxil olan və çıxan zənglərin çıxarışını alıb, arşdırmaq kifayətdir. Hazırda 7-CÇM-da məhkumların həyat və sağlamlıqları ciddi təhlükədədir.

Biz mətbuat vasitəsi ilə Prezident Cənab İlham Əliyevə müraciət edirik! Cənab Prezident, 7-saylı CÇM-də işgəncə, korrupsiya, özbaşınalıq baş alıb gedir. Şikayət edən məhkumlara ağır işgəncələr verilir.

Xahiş edirik nəzarətinizlə orada ciddi araşdırma aparıb təcili-təsirli tədbirlər görəsiniz”. Qeyd edək ki, general Ceyhun Həsənov Penitensiar Xidmətə rəis təyin edildikdən sonra Cəzaçəkmə Müəssisələrində bir sıra müsbət dəyişikliklər olduğu faktdır. Xüsusən, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, onların sağlamlığının qorunması ilə bağlı uzun illər ictimaiyyət tərəfindən tənqid olunan məsələlərdə bir sıra dəyişikliklər həyata keçirildi. Bu da həbsxanalardakı problemlərin tezliklə aradan qaldırılacağına ümid yaradırdı. Ancaq son günlər ortaya çıxan məlumatlar da göstərir ki, general Ceyhun Həsənovun da islahatları bir yerə qədərmiş…Həbsxanalarda rüşvət, korrupsiya sahəsində nəinki müsbət dəyişikliklər olub, əksinə, bu sahələrdə vəziyyət bir qədər də ağırlaşıb. Bu da Ceyhun Həsənovun Penitensiar Xidmətə rəis təyin edildikdən sonra başlatdığı islahatların sadəcə beynəlxalq təşkilatların bu sahədəki tənqidlərini yumşaltmağa xidmət etdiyi ehtimalını yaradır. Çünki beynəlxalq təşkilatların təmsilçiləri adətən cəzaçəkmə müəssisələrində məhkumların saxlanma şəraitinin monitorinqini aparırlar. Məhkumlardan pul yığılması, onların qidalanması məsələləri isə diqqətdən kənarda qalır. Elə bu səbəbdəndir ki, bu sahələrdə vəziyyət getdikcə daha da pisləşir. Bunu həbsxanalardan prezidentə göndərilən müraciətlərin artması da təsdiqləyir. Penitensiar Xidmətin və 7 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.


 






Fikirlər