Tədris ili nə vaxt başlayacaq? – NAZİRLİKDƏN açıqlama

Tehsil_Nazirliyi_Education_Ministry_180912xfghb

Nazirlik açıqlama verib

Azərbaycan Təhsil Nazirliyi Qurban bayramı münasibətilə elan olunmuş qeyri-iş günləri ilə əlaqədar 2016/2017-ci tədris ilinin başlama vaxtının sentyabrın 19-na dəyişdirilməsi şayiələrinə münasibət bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Prezidentin “Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” 21 avqust 2004-cü il tarixli 114 nömrəli fərmanı ilə 15 sentyabr “Bilik günü” elan edilib və ölkənin bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması müəyyənləşdirilib.

Məlumatda o da qeyd olunub ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilən dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.
Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar sentyabrın 12-si və 13-ü qeyri-iş günlədirir.

 






Fikirlər