Azərbaycanda hər yüz min nəfərin 400-dən çoxu bədxassəli ŞİŞ xəstəliyindən əziyyət çəkir

Azərbaycanda hər yüz min nəfərin 400-dən çoxu bədxassəli şiş xəstəliyindən əziyyət çəkir

Azərbaycanda hər 100 min nəfərin 400-dən çoxu bədxassəli şişlərdən əziyyət çəkir.

Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Məlumata görə, ötən il ölkədə əhalinin 100 000 nəfərinə hesabı ilə tibb müəssisələrində bu xəstəliklə qeydiyyatda olanların sayı 424 nəfər olub.
Ümumillikdə, ötən il 10,2 min nəfərdə ilk dəfə bədxassəli şiş aşkar edilib ki, bu da əhalinin hər 100 000 nəfərinə 107 xəstə edir.
Bu xəstəlikdən əziyyət çəkənlər arasında qadınlar üstünlük təşkil edir. Xəstəlik aşkar edilənlərin 5216-sı qadın, 4613-ü kişi olub.
30-39 yaş qrupu arası xəstəlik aşkar edilənlərin 67,1 faizi qadınlar, 32,9 faizi kişilər olub.  






Fikirlər