Məşhur bankın lisenziyası ləğv edildi - Fövqəladə qərar

“Məşhur bankın lisenziyası ləğv edildi - Fövqəladə qərar

Direktorlar Şurasının bu gün qəbul edilmiş fövqəladə qərarı ilə “Bank Standart”ın lisenziyası 1 oktyabr tarixində ləğv edilib.

Qafqazinfo” xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib. O, bu qərarı belə əsaslandırıb:

“Öhdəliklərin idarə olunmasında çətinliklər yaranıb. 3 ay müddətinə müvəqqəti inzibatçılıq təyin edilmişdi. 5000 manata qədər olan əmanətlərin və sosial ödənişlərin ödənilməsi təmin edilib. Ancaq bankı idarə etmək bizim səlahiyyətimiz deyil. Bankın sağlamlaşdırılması məqsədilə qərar qəbul edilib”.






Fikirlər