Akif Nağı: "Biz müharibəyə hazırıq"

Akif Nağı:

"Azərbaycan bu torpaqları öz gücünə azad edəcək"

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Türkiyə səfəri çərçivəsində İzmit şəhərində görüşlərini davam etdirir. Növbəti görüş oktyabrın 5-də Kocaeli şəhər şurasının sədri Abdullah Köktürk ilə baş tutub. Musavat.com xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsi, Qarabağda erməni vəhşilikləri, həmçinin Türkiyəyə qarşı irəli sürülən qondarma erməni soyqırımı ilə bağlı məsələlər müzakirə edilib.
A.Nağı bildirib ki, qeyri-hökumət təşkilatı olaraq keçirdiyi görüşlərdə məqsəd Dağlıq Qarabağ münaqişəsi, Qarabağda baş verən erməni terroru ilə bağlı məlumatları Türkiyə toplumuna daha ciddi şəkildə anlatmaqdır: “Biz Türkiyə hökumətindən və cəmiyyətindən bu məsələdə dəstək, kömək gözləyirik. Dağlıq Qarabağ probleminin həllində Türkiyənin dəstəyi çox vacibdir”.
O, bu ilin aprelində qoşunların təmas xəttində başlanan üç günlük müharibəyə diqqət çəkərək bildirib ki, Azərbaycan öz torpaqlarını öz gücünə azad etməyə qadirdir: “Buna dövlət və cəmiyyət olaraq hazırıq. Apreldə cəbhə bölgəsindəki döyüşlər Azərbaycan ordusunun gücünü göstərdi. Biz müharibəyə hazırıq. Azərbaycan bu torpaqları öz gücünə və müttəfiqlərinin köməyi ilə işğaldan azad edəcək. Müttəfiqlərin sırasında isə birinci yerdə Türkiyə dayanır".
Abdullah Köktürk Dağlıq Qarabağ münaqişəsi barədə fikirlərini bölüşüb. Həmçinin Türkiyəyə qarşı aparılan qərəzli siyasətdən, qondarma erməni soyqırımı iddialarından danışıb. A.Nağı həmçinin Türkiyəyə qarşı yönələn qondarma iddialardan da danışıb və bu cür uydurma fikirlərin qarşısını almaq üçün də QAT-ın görə biləcəyi və gördüyü işlərdən söz açıb: “Sözdə erməni iddialarının da ifşa olunması istiqamətində işlər aparırıq”. O, bu işlərin nəticə verəcəyinə inamını ifadə edib.

• Akif Nağı: Biz müharibəyə hazırıq  Yüklə
• Akif Nağı: Biz müharibəyə hazırıq  Yüklə
• Akif Nağı: Biz müharibəyə hazırıq  Yüklə
• Akif Nağı: Biz müharibəyə hazırıq  Yüklə
• Akif Nağı: Biz müharibəyə hazırıq  Yüklə

Fikirlər