Bakıda evləri su basdı - 77 nəfər təxliyyə olundu +Fotolar

“Bakıda evləri su basdı - 77 nəfər təxliyyə olundu +Fotolar

Yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolmuş, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Fövqalədə Hallar Nazirliyinin Mətbuat Xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, aparılan xilasetmə əməliyyatları nəticəsində fərdi yaşayış evlərindən 77 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub.

Hazırda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri davam etdirilir.

Bakıda evləri su basdı - 77 nəfər təxliyyə olundu +Fotolar
Bakıda evləri su basdı - 77 nəfər təxliyyə olundu +Fotolar

 






Fikirlər