Akif Nağıdan Hadı Rəcəbliyə SƏRT SÖZLƏR

"Hadı Rəcəbli vicdanını itirmiş bir insandı. Var-dövlət onun gözünü tutub, ağlını əlindən alıb. O, vaxtilə Azərbaycan dövlətinə xəyanət edib, separatçıları dəstəkləyib". 
Bu fikirləri Unikal.org-a Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib. O qeyd edib ki, Hadı Rəcəbli özünü Lənkəranın xanı kimi aparır: "Rəcəbli şəhərin 90 faizini ələ keçirib, 10 faizini də zəlil günə salıb. Bu adamın fəaliyyəti ciddi şəkildə yoxlanmalı, cəzasını almalı və tarixin zibilliyinə atılmalıdır. Biz Qarabağ Azadlıq Təşkilatı olaraq əlilləri, veteranları, şəhid ailələrini Hadı Rəcəbli ilə məşğul olmağa çağırırıq. Onlar məşğul olmasa biz özümüz məşğul olacağıq. Biz müstəqil dövlətçilik yolunda əziyyətlər çəkməmişik ki, Hadılar gəlib bu cür danışıqla bu əziyyətlərin üstündən xətt çəkməyə çalışsın. Dövlətimizin başını aşağı edən belə məmurları bitirməyin vaxtı artıq çatıb". 
Qeyd edək ki, deputat Hadı Rəcəbli Report-a müsahibəsində  Qarabağ əlillərinə dərmanın və nəqliyyatın pulsuz olmasını populizm adlanıdırıb. Onun Bu fikirləri cəmiyyətdə ciddi narazılıq yaradıb. 






Fikirlər