Bu müəllimlərin maaşı 40 faiz artacaq - Açıqlama

“Bu müəllimlərin maaşı 40 faiz artacaq - Açıqlama

“Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqında 40% artım müşahidə olunacaq”.

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Təhsil Nazirliyin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov dioqnastik qiymətləndirməyə keçidlə bağlı mətbuat konfransında deyib. Bildirilib ki, diaqnostik qiymətləndirmə imtahanlarını keçən müəllimlərin maaşlarında artım olacaq.

Müsabiqədən keçə bilməyən müəllimlər isə təlimlərə cəlb olunacaq: "Yanvar ayının 1-dən artıq diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşı artacaq. İlk diaqnostik qiymətləndirmə 21-23 noyabr 2016-cı il tarixlərində Quba Olimpiya İdman Komleksində təşkil olunacaq. 3 gün ərzində keçiriləcək imtahanlarda Qusar, Quba, Şabran, Siyəzən və Xızı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılacaq.

Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər”.






Fikirlər